Buzlu yolda bunlardan hansı qaydalara uyğundur? - DOĞRU CAVAB

Yarışma 9 Fevral 2017 02:10 Oxunub 2267
Buzlu yolda bunlardan hansı qaydalara uyğundur? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual nəqliyyat vasitəsinin yedəyə alınması və daşınması qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Buzlu yol şəraitində aşagıdakı hallardan hansı qaydalar çərçivəsindədidr?

a)  Mexaniki nəqliyyat vasitəsini elastiki birləşdirici ilə yedəyə almaqla hərəkət etmək;

b) Mexaniki nəqliyyat vasitəsini sərt birləşdirici ilə yedəyə almaqla hərəkət etmək;

c) Mexaniki nəqliyyat vasitəsini evakuatora yükləməklə hərəkət etmək;

d) Bunların heç biri qaydalar çərçivəsində deyil.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 55-ci maddəsinin VI hissəsinə əsasən, buzlu yol şəraitində yedəyə alma qadağan edilir. Lakin  mexaniki nəqliyyat vasitəsinin evakuatora yüklənməklə aparılması yedəyə alma yox, yük daşımadır. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Buzlu yol şəraitində mexaniki nəqliyyat vasitəsini evakuatora yükləməklə hərəkət etmək qaydalar çərçivəsindədidr.

Suala ilk doğru cavabı Abdulla adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün (Smsradar.az) 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh