Svetoforu saymayan daha bir sürücü kameraya düşdü - VİDEO

Qaydalar 10 Fevral 2017 15:07 Oxunub 3428
Svetoforu saymayan daha bir sürücü kameraya düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kimi dindirirsən deyir, «tələsirdir»

Bakıda «Lexus» markalı, 10-OF-990 qeydiyyat nişanlı avtomobilin sürücüsü qaydaları kobud şəkildə pozub. Avtosfer.az-ın kamerasına tuş gələn sürücü Binəqədi şossesindəki nizamlanan yolayrıcında svetoforun qırmızı işığını saymayaraq yolayrıcına daxil olub və hərəkətini davam etdirib.

Bu sürücüyə irad tutsaq ki, niyə qırmızı işıqdan keçirsiniz? Cavabı çox sadə olacaq: "Tələsirdim, ona görə». Amma unutmaq olmaz ki, hamı yola çıxanda hansısa işin arxasınca gedir və tələsir. Təsəvvür edin, tələsən sürücülərin hamısı qırmızı işığı saymadan, qaydaları pozaraq hərəkət edərsə yollarda xaos yaranar və dəhşətli qəzalar baş verər.

Bəzən intizamsız sürücülər deyir ki, "Qanun yazılıb pozmaq üçün". Bu isə gülünc ifadədir. Qanunu ona görə yazıblar ki, hamı buna əməl edərək sağ-salamat mənzil başına çatsın. Görünür, bir çox sürücü yolda qanunu bilərəkdən pozur. Həmin sürücülərin təfəkküründə böyük problem var. Belə sürücüləri yol hərəkətindən kənarlaşdırmaq lazımdır. Çünki həmin sürücülər sabah bizim həyatımıza son qoya bilər!

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Ceyhun 11 Fevral 2017 07:07
Bunu çəkən sürücü yaxşımı hərəkət edib ki Görəsən belələri özü öz əməllərindən nə başa düşürlər