Prezident aeroportun anqarında seçildi

Maraqlı 9 Fevral 2017 11:33 Oxunub 1275
Prezident aeroportun anqarında seçildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Somalinin yeni seçilmiş prezidentinin ikili vətəndaşlığı var, ABŞ-da təhsil alıb

Somalinin keçmiş baş naziri Məhəmməd Abdulla Məhəmməd ölkənin prezidenti seçilib. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, prezidenti ölkə parlamentinin üzvləri seçiblər. Yeni seçilmiş prezidentin parlamentarilərin qarşısında andiçmə mərasimi də baş tutub. Qeyd edilir ki, Somalinin yeni seçilmiş prezidentinin ikili vətəndaşlığı var, ABŞ-da təhsil alıb. Bu seçkilərdə ən maraqlısı isə odur ki, seçkilər Somalinin paytaxtı Moqadişuda ən təhlükəsiz yerdə - aeroport ərazisində yerləşən anqarda keçirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh