Azərbaycan və Gürcüstan icazələr müəyyənləşdirəcək - FOTO

Yeniliklər 9 Fevral 2017 12:36 Oxunub 1887
Azərbaycan və Gürcüstan icazələr müəyyənləşdirəcək - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu məsələ Bakıda keçirilən Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının toplantısında razılaşdırılıb

Bu gün Bakıda Azərbaycan ilə Gürcüstan arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Qarışıq Komissiyanın növbəti iclası keçirilib. Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə DANX-ın rəisi Elnur Abdullayev, Gürcüstanın nümayəndə heyətinə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi Yerüstü Nəqliyyat Agentliyinin direktoru Mixeil Xmaladze rəhbərlik edib. İclasda Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, avtomobil və yük daşımaları sahəsində inkişaf perspektivləri və digər aktual məsələlər müzakirə edilərək, müvafiq protokol imzalanıb. Gürcüstan və Azərbaycan ərazisində qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən avtodaşıyıcılara qarşı mübarizə məqsədilə yeni növ "İcazə" blanklarının tətbiqi, ölkələr arasında artan ticarət dövriyyəsinin həcminə uyğun olaraq avtomobil və yük daşımaları üçün tələb olunan "İcazə"lərin müəyyənləşdirilməsi barədə razılıq əldə olunub.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh