Qayda pozan sürücülərin arxasınca «düd-düd» söhbəti olur – VİDEO

Xəbərlər 15 Oktyabr 2014 01:14 Oxunub 2646
Qayda pozan sürücülərin arxasınca «düd-düd» söhbəti olur – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda eyni anda iki dəfə qəza şəraitindən qurtulan sürücünün gücü söyüş söyməyə çatdı

Hər bir sürücü onun yoluna çıxan, qəza şəraiti yaradan digər sürücünün hərəkətini müxtəlif cür qarşılayır və yola verir. Bəzən düşüb qayda pozan sürücünü döyənlər də olur. Amma əksər hallarda söyüş və müxtəlif əl-qol hərəkətləri ilə qarşı tərəfə etirazını bildirənlərə rast gəlirik.

Avtosfer.az-ın təqdim etdiyi bu video günümüzün reallığını əks etdirir. Sürücü mədəniyyətinin sözün hər mənasında aşağı səviyyədə olduğunu bu kadrlardan biri daha görürük.

Diqqət edin! Adam öz yolu ilə getdiyi yerdə qarşıdan gələn və sağdan onun yoluna çıxan iki avtomobilin arasında qalıb əzilmək təhlükəsi ilə üzləşir. Belə halda, «düd-düd» məsələsi köməyə gəlir və sürücü öz əsəblərini bu yolla sakitləşdirir. Amma bir az hərəkət etdikdə yenə də oxşar mənzərə ilə qarşılaşır. Bir zolaqlı yolun kənarında maşın saxlayanlara görə qarşı yola çıxmaq məcburiyyətinə qalan sürücü bu dəfə avtobusla toqquşmadan güclə yayınır. Və elə burada da onun köməyinə «düd-düd» gəlir…

Bütün bu proseslər heç də uzaqda baş vermir. Bakının Yasamal rayonu ərazisində – Dairəvi Yolun üstündə baş verir. Sürücülər də uzaqdan gəlməyiblər. Elə öz sürücülərimizdir. Mədəniyyət də öz mədəniyyətimizdir. Kimsə bu videoya gülmək üçün baxıb keçməsin. Sürücü olan hər kəs nəzərə alsın ki, başqasının yoluna çıxıb qəza şəraiti yaradarkən onun da arxasınca bu cür «düd-düd» söhbəti edirlər. Və bu da gülməli yox, ağlamalı vəziyyətdir.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh