Azərbaycanda ŞOK olay – «Ölmək istəyirəm» deyən şəxsi təsadüfən maşın vurub öldürdü

Yazarlar 10 Fevral 2017 13:12 Oxunub 6209
Azərbaycanda ŞOK olay – «Ölmək istəyirəm» deyən şəxsi təsadüfən maşın vurub öldürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Özümü öldürəcəm» deyərək insanları aldadıb pul yığan şəxs qəzanın qurbanı oldu

Bakı-Quba yolunda baş verən yol qəzası eşidənləri təəccübləndirib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl hərbi şəhərciyin yaxınlığında piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. İlkin araşdırmalar zamanı maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, Cəlil adlı şəxs bir neçə aydır həmin ərazidə dilənçiliklə məşğul olurmuş. O, insanların inamından sui-istifadə edərək onlardan pul alırmış: «Daha bezmişəm, imkanım yoxdur, özümü öldürmək istəyirəm» deməklə pul yığan bu şəxs sonuncu dəfə hərbi şəhərciyin yaxınlığında görünüb. Burada eyni sözləri bir neçə nəfərə deyərək pul alıb. Sonra isə yola çıxaraq oradan keçən avtomobillərin qarşısını kəsib və eyni üsulla sürücülərdən pul yığıb.

«Özümü öldürmək istəyirəm» sözünə inanan, onu bu fikirdən daşındırmaq istəyən insanlar isə ona imkan dairəsində köməklik edirmiş. Cəlilə pul vermək üçün maşını yolun hərəkət hissəsinə yaxın yerdə saxlayan sürücü pul verərkən arxadan sürətlə hərəkət edən başqa bir avtomobil onu vurub. Dayanmış avtomobil də hərəkət edərək Cəlilin üzərindən keçib. Ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun dilənçiliklə məşğul olması və «özümü öldürəcəm» deyə-deyə insanlardan pul yığması polisin apardığı araşdırmalardan sonra üzə çıxıb. O vaxta qədər hər kəs onu həqiqətən də köməyə ehtiyacı olan bir şəxs kimi tanıyırmış.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh