Bakı-Gəncə dəmir yolu xəttinə sürətli qatarlar buraxılacaq

Yeniliklər 10 Fevral 2017 12:20 Oxunub 1674
Bakı-Gəncə dəmir yolu xəttinə sürətli qatarlar buraxılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni layihənin reallaşması ilə Gəncədən paytaxta 3-3,5 saata çatmaq mümkün olacaq

Bakı-Gəncə istiqamətində dəmir yolu xəttinə saatda 100 kilometr məsafə qət edən qatarların buraxılması nəzərdə tutulub. Avtosfer.az xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən interaz-a bildirilib ki, yeni layihənin reallaşması ilə Gəncədən paytaxta 3-3,5 saata çatmaq mümkün olacaq. Bu məqsədlə “Azərbaycan Dəmir Yolları” QSC ilə “Stadler Rail Group” şirkəti arasında danışıqlar aparılır. Qeyd edək ki, ötən il Gəncə Dəmir Yolu Vağzalı 44 mindən çox sərnişinə xidmət göstərib. Lakin, bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 19 min 546 sərnişin və ya 30,7 faiz azdır. Yeniliyin həyata keçirilməsi ilə sərnişin daşınmasına tələbat da artacaq. Həmçinin 2016-cı ildə Qərb istiqaməti üzrə dəmir yolu nəqliyyatı ilə 1 milyon 815 min 726 ton yük daşınıb. Bu isə əvvəlki illə müqayisədə 17 min 669 ton çoxdur. Eləcə də ötən il 37 min 770 vaqon yük daşınıb ki, bu da 2015-ci illə müqayisədə 3 min 15 vaqon artıqdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh