“Bugatti Chiron” necə istehsal olunur? – FOTO

Avtodünya 10 Fevral 2017 12:27 Oxunub 2846
“Bugatti Chiron” necə istehsal olunur? – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Limitli sayda istehsal olunan avtomobildən bu il yalnız 70 ədəd istehsal olunacaq

Lüks avtomobillər istehsal etməklə məşhurlaşan “Bugatti” şirkətinin ən son çıxartdığı modeli “Chiron” dünyanın ən bahalı avtomobillərindən biri hesab olunur. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, The Verge avtomobilin istehsal olunduğu zavoda gedərək istehsal prosesi ilə tanış olub. Keçən ilin fevral ayında Ceneva Avtomobil Sərgisində təqdim olunan model “Ettore Bugatti” tərəfindən dizayn olunub. Limitli sayda istehsal olunan avtomobildən bu il yalnız 70 ədəd istehsal olunacaq. 1800 hissədən əmələ gələn avtomobillərin hər birinin istehsalı üçün 20 işçi təxminən 6 ay çalışır. Avtomobillərin istehsal prosesində robotlardan istifadə olunmur, hər bir detal insan əli ilə yığılır. 1479 at gücünə sahib olan avtomobilin qiyməti 2,6 milyon dollardır. İstehsal prosesindən fotoları təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh