Sumqayıtda qeyri-adi məhəllə: "Hər kəs yerini bilir" - VİDEO

Maraqlı 10 Fevral 2017 19:48 Oxunub 2948
Sumqayıtda qeyri-adi məhəllə: "Hər kəs yerini bilir" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Üstəlik, "qonaq üçün" də yer ayrılıb

Səhərlər işə gecikən sürücülər maşını həyətdən çıxarmaq üçün onun yolunu kəsən avtomobilin sahibini axtarmalı olurlar. Amma Sumqayıtın 5-ci məhəlləsində binaların birinin qarşısında sakinlər bu problemin həlli yolunu tapıblar. Avtosfer.az ARB 24-ə istinadən xəbər verir ki, belə ki, burada qeyri-adi parklama zolağı salınıb. Binada yaşayanların hər birinin avtomobilinin nömrəsinə uyğun olaraq yer ayrılıb, yəni asfaltda maşınların nömrəsi yazılıb. Üstəlik, "qonaq üçün" də yer ayrılıb. Həyətə qonaq gəldiyi təqdirdə avtomobilini harada saxlayacağını bilir. Beləliklə avtomobillərin biri digərinə mane olmur və həyətdə səliqəli mühit yaranıb. Belə nümunəvi həyətlər başqa ərazilərdə də olsa avtomobillərin parklaması ilə bağlı problemlər qismən aradan qalxmış olar. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh