Bakıda bu marşrutun fəaliyyəti dayandırıldı - Rəsmi

Yeniliklər 10 Fevral 2017 23:57 Oxunub 2173
Bakıda bu marşrutun fəaliyyəti dayandırıldı - Rəsmi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Agentlik bu qərarın sərnişinlərə təsirini azaltmağa çalışır

Paytaxtın marşrut şəbəkəsində aparılan təkmilləşdirmə işləri çərçivəsində   7 nömrəli müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti dayandırılıb. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, qeyd edilən marşrutun fəaliyyərinin dayandırılmasının sərnişinlərə təsirini minimuma endirmək üçün Agentlik həmin xətt üzrə hərəkət edən marşrutların müvəqqəti istismarçılarına avtobuslarının sayının artırılaraq sərnişin axınına uyğun nizamlanmalarını tapşırıb. Qeyd edək edək ki, 7 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 9-cu mikrorayon Həmzə Babaşov küçəsindən Füzuli meydanı Şəmsi Bədəlbəyli küçəsi eləcə də əks istiqamətdə hərəkət edirdi. Bu istiqamətdə gedib-gələn sərnişinlər 18 nömrəli müntəzəm şəhərdaxili marşrutundan istifadə edə bilərlər.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh