Sığortalı maşınla qəzaya düşüb, şirkət ödəniş etmir - VİDEO

Xəbərlər 11 Fevral 2017 02:44 Oxunub 2034
Sığortalı maşınla qəzaya düşüb, şirkət ödəniş etmir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Üstündən 2 həftə keçməsinə baxmayaraq sığorta şirkəti ödənişi həyata keçirmir

Kirayə götürdüyü maşınla qəzaya düşdü, sığorta şirkəti ödəniş etmir. Paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan Sərxan Şabanov bir neçə ay əvvəl kiçik tutumlu yük maşınını  kirayə götürüb və onu icbari qaydada sığortaladıb. 2 həftə əvvəl isə Bakı şəhəri ərazisində qəzaya düşüb. 

Sərxan Şabanov deyir ki, bütün prosedurlar həyata keçirilib və qəzanın səbəbkarının digər avtomobilin sürücüsü  olduğu müəyyənləşib. Üstündən 2 həftə keçməsinə baxmayaraq sığorta şirkəti ödənişi həyata keçirmir. 

Sərxan Şabanov bildirir ki, problemlə bağlı bir neçə sığorta şirkətinə müraciət də edib, lakin heç bir nəticəsi olmayıb. 

Məsələ ilə bağlı sığorta şirkətindən bildirildi ki, qəza ilə bağlı bütün prosedurlar həyata keçirilib və qiymətləndirmə aparılıb. Sadəcə olaraq Sərxan Şabanov şirkətə yaxınlaşaraq rəsmi qaydada müraciət ərizəsi yazmalıdır. Bundan sonra vəsaitin ödənişi həyata keçiriləcək. Bundan əlavə avtomobilin kirayəsinə görə gündəlik nəzərdə tutulan 60 manat pulu da kimin ödəyəcəyi bəlli deyil.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh