"Həzi Aslanov" stansiyasındakı eskalator təmirə dayandırılır

Yeniliklər 11 Fevral 2017 16:17 Oxunub 1105
"Həzi Aslanov" stansiyasındakı eskalator təmirə dayandırılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Eskalatorun apreldə istifadəyə verilməsi planlaşdırılır

Bakı Metropoliteninin "Həzi Aslanov" stansiyasındakı "ET-5M" markalı 3 saylı eskalator fevral ayının 15-də əsaslı təmirə dayandırılacaq.  Bu barədə Avtosfer.az-a "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir. Məlumata görə, təmir işləri qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün və eskalatorların istismar qaydalarına uyğun olaraq aparılır. Eskalatorun aprel ayında yenidən istismara verilməsi nəzərdə tutulub. Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.

 

"Bakı Metropoliteni" müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh