Azərbaycanda yolların təmizlənməsi ilə bağlı təkliflər hazırlanıb

Yeniliklər 11 Fevral 2017 17:00 Oxunub 1455
Azərbaycanda yolların təmizlənməsi ilə bağlı təkliflər hazırlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nazirlər Kabineti Bakı Nəqliyyat Agentliyinin hazırladığı təklifləri qəbul edib

Bakı Nəqliyyat Agentliyinin (BNA) 15 noyabr 2016-cı il tarixində küçələrin təmizənməsi zamanı təhlükəsizliyə riayət edilməsi barədə Nazirlər Kabinetinə (NK) ünvanlandığı təkliflər hökumətdə qəbul edilib. Avtosfer.az xəbər verir ki, bu barədə BNA məlumat yayıb. Məlumatda deyilir ki, artıq NK bu məsələlərin normativ hüquqi aktlarda öz əksini tapması üçün Ədliyyə Nazirliyinə aidiyyəti dövlət qurumları ilə birgə razılaşdırılmış təkliflər hazırlanmasını tapşırıb. Qeyd edək ki, müraciətdə yol işləri və yolların təmizlənməsi, süpürülməsi həyata keçirilən zaman təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi, bu məsələlərin normativ hüquqi aktlarda öz əksini tapması, o cümlədən sürət həddinin yüksək olduğu yollarda yolun süpürülməsi işlərində mümkün qədər xüsusi süpürən-təmizləyən maşınlardan istifədə edilməsinə dair məsələlər öz əksini tapıb.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh