Formula-1-ə bilet satışı davam edir

Yarışma 11 Fevral 2017 17:29 Oxunub 1442
Formula-1-ə bilet satışı davam edir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Formula-1 Azərbaycan Qran-prisi iyunun 23-25-də Bakıda keçiriləcək

Formula-1 Azərbaycan Qran-prisi üçün müxtəlif bilet seçimləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) rəsmi internet səhifəsi ilə yanaşı, paytaxtın böyük alış-veriş mərkəzlərində, həmçinin digər ictimai əhəmiyyətli yerlərdəki bilet satışı məntəqələrində alıcılara təqdim olunur. Avtosfer.az sia-ya istinadən xəbər verir ki, ötən həftədən etibarən təklif olunan birgünlük və ikigünlük biletləri əldə edən şəxslər tribunalarda əyləşərək trekin müxtəlif yerlərindən yarışı izləməklə yanaşı, Dənizkənarı Milli Parkdakı Formula-1 şəhərciyində keçiriləcək bir sıra əyləncə tədbirlərində, o cümlədən yarış həftəsonunun axşamlarında əsas səhnədə konsert proqramlarında iştirak edə biləcəklər. Tribunalar üçün nəzərdə tutulan birgünlük biletlərin qiyməti 70-125, ikigünlük biletlərin qiyməti isə 180-440 manat arasında dəyişir. Xarici valyuta ilə ödəniş edənlər üçün biletlərin qiyməti həmin günün məzənnəsinə görə hesablanacaq.

Digər tərəfdən, qiymətləri 200-690 manat arasında dəyişən dördgünlük biletlərin də satışı davam edir. Bu biletləri əldə edənlər Formula-1 Azərbaycan Qran-prisi zamanı həftəsonunun hər üç günündə baş tutacaq yarışları izləməklə yanaşı, trekdən kənarda keçiriləcək əyləncə tədbirlərində, eyni zamanda, iyunun 22-də Pit yolu yürüşündə də iştirak edə biləcəklər.

Yarışı ailəliklə izləmək istəyənlərə 2-15 yaşlarında olanlar üçün “Xəzər” və “Bulvar” tribunalarına xüsusi “Azyaşlı” biletləri təklif olunur. Həmçinin azarkeşlər müxtəlif mövqelərdən yarışı izləməyə imkan verən ayaqüstü yerlər üçün birgünlük biletlər də əldə edə bilərlər.

Formula-1 Azərbaycan Qran-prisi iyunun 23-25-də Bakıda keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh