Bakıda «avtoş»luq edən «Niva»ların ən yeni VİDEOsu yayıldı

Avtoxəbər 16 Fevral 2017 00:17 Oxunub 14156
Bakıda «avtoş»luq edən «Niva»ların ən yeni VİDEOsu yayıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər adi vaxtlarda və toy karvanlarında təhlükə yaradırlar

Avtosfer.az saytı Bakıda «Niva» sürücülərinin ayrı-ayrı vaxtlarda “avtoş”luq etdikləri yerdə çəkilmiş videolarını aşkar edib. Sosial şəbəkələrdə «Avto Xuliqan» adlı səhifədə yayılan videoda dövlət qeydiyyat nişanları aydın görünən 99-FH-996, 90-OJ-083, 90-VC-811, 99-FF-151, 10-OB-424 qeydiyyat nişanlı «Niva» markalı avtomobillərin sürücüləri avtoxuliqanlıq edərək təhlükəli hərəkətlərə yol veriblər. Adi günlərdə və toy karvanlarında idarə olunan bu avtomobillərin sürücüləri avtoxuliqanlıq etməklə yanaşı, avtomobilin konstruksiyasına və işıq cihazlarına da kobud müdaxilə edərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradırlar. Videoda «Niva»nın birinin qabarit işığını dəyişərək tez-tez yanıb-sönən ağ rəngli işıq quraşdırıblar.

Yolda baş verən qəzaların əksəriyyəti bu cür qaydaların pozulmasına görə olur. Ümid edirik ki, bu məlumat əsasında DYP həmin sürücülər barəsində müvafiq tədbir görəcək.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh