Dubayda bu ölkənin ilk "uçan avtomobil"i nümayiş etdirilib - VİDEO

Avtoxəbər 13 Fevral 2017 11:21 Oxunub 1682
Dubayda bu ölkənin ilk "uçan avtomobil"i nümayiş etdirilib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni avtomobil sərnişinləri yaxın məsafəyə daşımaq üçün nəzərdə tutulub

Birləşmiş Ərəb Əmirliklərində ilk uçan avtomobil nümayiş olunub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, paytaxt Dubayın Yol və Nəqliyyat İdarəsi "World Government Summit" forumunda qeyri-adi nəqliyyat vasitəsini tədbir iştirakçılarına nümayış etdirilib. Çinin "Ehang" şirkəti tərəfinddən yaradılmış uçan maşın innovasiyalı və ekoloji nəqliyyat vasitəsidir. O, sərnişinləri yaxın məsafəyə daşımaq üçün nəzərdə tutulub. Yeni nəqliyyat vasitəsi yol tıxaclarını aradan qaldıracaq. Bu avtomobillərdə sürücülər olmayacaq. Çünki ona həvəskarlar xüsusi eniş və yüksəliş düymələri ilə idarə edə biləcəklər. Maşınların hərəkətinə nəzarət ümumi komanda mərkəzi ilə həyata keçiriləcək və pis hava şəraitində uçuşlar qadağan olunacaq. Dubayda yeni uçuş aparatlarının istismara buraxılması müddəti barədə hələlik məlumat verilmir. Yeni avtomobillərin yaradııcıları onun tam təhlükəsiz olduğunu bildirirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh