DİN mətbuat xidmətinə yeni rəis müavini təyin edilib

Yeniliklər 13 Fevral 2017 11:55 Oxunub 1170
DİN mətbuat xidmətinə yeni rəis müavini təyin edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun yerinə isə hələlik təyinat yoxdur

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətində yeni təyinat olub. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov  müvafiq əmr imzalayıb. Əmrə əsasən DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə tutduğu vəzifədən azad edilərək mətbuat xidməti rəisinin müavini təyin edilib. Onun yerinə isə hələlik təyinat yoxdur. Qeyd edək ki, O. Mansurzadə 1995-ci ildən daxili işlər orqanlarında xidmət edir. Son yeddi ildə isə o DİN-in mətbuat xidmətində şöbə rəisi vəzifəsində çalışıb. Xatırladaq ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib. Onun yerinə mətbuat xidmətinin rəis müavini olmuş, polis polkovniki Ehsan Zahidov təyinat alıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh