Antarktidada buzlaqdan iri aysberq ayrılır – FOTO

Maraqlı 13 Fevral 2017 12:32 Oxunub 1445
Antarktidada buzlaqdan iri aysberq ayrılır – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu, baş verdiyi halda “Larsen S” buzlağı sahəsinin 10%-ni itirəcək

“Larsen S” şelf buzlağı – Antarktidada ölçüsünə görə dördüncüdür. Buzlaqda əmələ gələn çat 175 km uzunluqda, 2 km enindədir. Hər ay çat 15 km uzanır. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, “Project MIDAS”-ın britaniyalı alimləri çatın daha 20 km uzandığı halda, buzlaqdan 5000 kvadrat km sahəsi olan iri aysberqin qopacağını bildiriblər. Bu, baş verdiyi halda “Larsen S” buzlağı sahəsinin 10%-ni itirəcək. Şelf buzlağından 6-10 ildən bir böyük aysberqlər qopur. 2013-cü ildə “Payn-Aylend” buzlağında çat nəticəsində Sankt-Peterburqun ümumi sahəsinin yarısı böyüklüyündə 720 km2 sahəsi olan aysberq ayrılıb.  Ən iri aysberq “Rossa” buzlağından 2000 ildə qopub. Onun sahəsi 11000 km2 ibarət idi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh