İcra başçısı motosiklet dükanında – FOTOLAR

Xəbərlər 27 Oktyabr 2014 09:57 Oxunub 2382
İcra başçısı motosiklet dükanında – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əhəd Abıyev maşınla dağa qalxa bilmədiyi üçün motosiklet axtarışına çıxıb

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq millət vəkili Əhəd Abıyev motosiklet axtarışına çıxıb. Avtosfer.az-ın əməkdaşı bir neçə gün öncə icra başçısının fotolarını Yasamal rayonu, Mikayıl Müşfiq küçəsindəki «Suzuki» motosiklet mağazasında çəkib. Əhəd Abıyev müxtəlif modelli motosikletlərlə maraqlanıb.

Qeyd edək ki, həmin salonda satılan motosikletlərin dəyəri 5 min manatdan yuxarıdır.

Əməkdaşımızla söhbəti zamanı Əhəd Abıyev bildirib ki, motosiklet almayıb. Amma almaq fikrindədir: «Daşkəsəndə dağlara maşınla qalxmaq olmur. Rayonda gedən abadlıq-quruculuq işlərinə nəzarət etmək üçün çox yerə özüm gedib baş çəkirəm. Elə yer var ki, ora maşınla çıxmaq heç cür mümkün deyil. Ona görə də, maraqlanıram görüm, bu motosikletlərdən hansısısa bizim işimizə yarayırsa, onu alım. Dörd təkəri olanlar xoşuma gəldi. Baxaq görək, hansını alaq ki, işimizə yarasın».

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh