"Nəqliyyat hara, rabitə hara" deyənlərin - Diqqətinə

Yazarlar 13 Fevral 2017 16:52 Oxunub 8442
"Nəqliyyat hara, rabitə hara" deyənlərin - Diqqətinə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dünyanın hər bir qitəsində nəqliyyat və rabitə sektorunu eyni orqanın idarə etməsi təcrübəsi var

Nəqliyyat Nazirliyinin və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilərək vahid bir nazirliyin yaradılmasından sonra verilən ən çox sual budur ki, niyə məhz bu iki nazirlik, bunların nə əlaqəsi var? Avtosfer.az-ın məlumatına görə, bu sualların sadə cavabını yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov belə verib: 

1. Müasir dövrdə söhbət artıq logistikadan gedir. Nəqliyyat 50-60 il qabaqkı kimi fəaliyyət göstərmir. Bu işdə müasir texnologiyalar əsasında informasiya dəstəyi və yüksək rabitə təminatı, son texnologiyalı nəzarət (müxtəlif xarakterli naviqasiya sistemləri və s.) olmasa, normal idaretmədən və fəaliyyətdən söhbət gedə bilməz.

2. Bu iki nazirliyin birləşdirilməsi ölkənin icra hakimiyyətini xeyli dərəcədə sadələşdirir. 

3. Görünür, nəqliyyat sahəsində illərdən bəri yığılıb qalan problemlərin real həlli üçün belə təşkilati-hüquqi variant daha məqbul sayılıb. Ümid edək ki, nəhayət problemlərin həqiqi həllini də görəcəyik.

4. Dünyanın hər bir qitəsində nəqliyyat və rabitə sektorunun eyni orqan tərəfindən idarə edilməsi təcrübəsi olan dövlətlər (Türkiyə, Avstriya, Norveç, Finlandiya, Peru, Çili, Oman, Qətər, Myanma (keçmiş Birma və s.) var.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh