İkimərtəbəli elektrik qatarları hərəkət edəcək - AZƏRBAYCANDA

Yeniliklər 13 Fevral 2017 22:05 Oxunub 1640
İkimərtəbəli elektrik qatarları hərəkət edəcək - AZƏRBAYCANDA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Gediş haqqı ilə bağlı tariflərdən danışmaq isə hələ çox tezdir"

Azərbaycanda ikimərtəbəli elektrik qatarları hərəkət edəcək. Bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova açıqlamasında deyib. Onun sözlərinə görə, ilk növbədə qərb istiqamətinə İsveçrənin "Stadler Rail Group” şirkətinin istehsalı olan qatarların göndərilməsi nəzərdə tutulur:  “Gediş haqqı ilə bağlı tariflərdən danışmaq isə hələ çox tezdir. Zamanı gələndə KİV-lərə məlumat veriləcək. Qatarlarda Wi-Fi da olacaq. İnsanlar Gəncəyə 3,5-4 saata çata biləcəklər”.

Qeyd olunub ki, Bakı-Gəncə-Bakı marşrutu üzrə sürət qatarı göndərmək üçün, ilkin olaraq, yolların əsaslı təmiri həyata keçirməlidir: “Hazırda Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Təmir işlərinə 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 230 km dəmir yolu əsaslı təmir olunub. Əsaslı təmir işləri baş çatandan sonra bu məsələ yenidən gündəmdə olacaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh