Avtobus xarab olub yolda qaldı - Məsuliyyəti kim daşıyır? - VİDEO

Xəbərlər 13 Fevral 2017 22:07 Oxunub 1633
Avtobus xarab olub yolda qaldı - Məsuliyyəti kim daşıyır? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtovağzaldan Qobuya gedən 567 saylı marşrutdakı avtobusda nasazlıq yaranıb

Avtobusun sürücüsü sərnişinlərlə mübahisə edir. Ətrafdakılar aranı sakitləşdirməyə çalışırlar. Görüntülər Hökməli qəsəbəsində lentə alınıb. Avtovağzaldan Qobu qəsəbəsinə hərəkət edən 567 saylı marşrutdakı avtobusda nasazlıq yaranıb. Avtobusu işə salmaq mümkün olmadığından sürücü sərnişinləri məcbur düşürməli olub. Mübahisə də məhz bu zaman baş verib. Sərnişinlərin dediyinə görə belə nasazlıqlar tez tez baş verir. 567 saylı marşrut xəttinin sahibi və sürücüsü məsələyə belə aydınlıq gətirib.

Sahibkarın sözlərinə görə avtobusları 2008 və 2012- ci il buraxılışlıdır. Yəni çox da köhnə hesab edilmir. Onların xarab olmasının səbəbi isə Qobu qəsəbəsinə aparan yolların pis vəziyyətədə olmasıdır.

Gələcəkdə Qobu qəsəbəsinə doğru hərəkət edən avtobusların sayının artırılacağı və daha yenilərinin gətiriləcəyi gözlənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh