İllər öncə satdığı avtomobil adından çıxartmadı - işini çətinə saldı - VİDEO

Qaydalar 13 Fevral 2017 22:09 Oxunub 4295
İllər öncə satdığı avtomobil adından çıxartmadı - işini çətinə saldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomoıbil onun qeydiyyatında olduğuna görə ünvanlı sosial yardım ala bilmir

İllər öncə satdığı avtomobil adından çıxartmadı, işini çətinə saldı. Qax rayonunun Ləkit kənd sakini Vasif Aslanov Ünvanlı sosial yardımdan faydalanmaq üçün müraciət edib. Amma məlum olub ki, qeydiyyatda onun əmlakında avtomobil var. Halbuki o avtomobili illər əvvəl etibarnamə ilə satıb. Vasif Aslanov avtomobili adından çıxartmaq istəyir, lakin indi də başqa problem ortaya çıxıb. Maşını alan da həmin maşını başqa bir adama satıb, həm də cəriməsi var.

İndi Vasif Aslanov avtomobili son sahibinin adına qeydiyyata keçirmək istəyir. Amma ikinci şəxsə avtomobil onda olarkən qaydaları pozduğu üçün avtomobilin üzərində cərimə var. Elə buna görədə avtomobilin qeydiyyatı baş tutmur. Hətta iş məhkəməyə qədər gedib.

Maraqlısı budur ki, avtomobili birinci alan şəxs də 800 manat olan cəriməni ödəmək fikrində deyil. Yəni Vasif Aslanov vaxtında avtomobili adından çıxarmadığı üçün indi çarəsiz vəziyyətə düşüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh