Martın 1-dən fərqlənmə nişanı almayan taksi sürücüləri cərimələnəcək

Qaydalar 13 Fevral 2017 23:05 Oxunub 3018
Martın 1-dən fərqlənmə nişanı almayan taksi sürücüləri cərimələnəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Taksi fəaliyyəti üçün doqquz ayda 9 725 nəfərə fərqlənmə nişanı verilib

Bakı Nəqliyyat Agentliyi (BNA) taksi sürücülərinə xəbərdarlıq edib. BNA-nın mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, "Fərqlənmə nişanı" almayan taksi sürücülərinə qarşı bu il martın 1-dən reydlər keçiriləcək. "Fərqlənmə nişanı" olmayan taksi sürücülərini Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları cərimələyəcək. Ümumiyyətlə, indiyədək taksi sürücülərinə qarşı maarifləndirici reydlər təşkil edilir. Məhz buna görə də ötən ilin aprelindən bu ilin yanvarınadək 9 725 nəfər "Fərqlənmə nişanı" alıb.

Qeyd edək ki, fiziki və hüquqi şəxslər "Fərqlənmə nişanı" almaq üçün vergini istənilən bankda ödəyə bilər. Nişan BNA-nın tabeliyindəki "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC-nin inzibati binasında təqdim olunur.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh