Svetoforlarda sürücülərə satılan güllərlə bağlı ŞOK XƏBƏR

Avtoxəbər 14 Fevral 2017 00:23 Oxunub 30534
Svetoforlarda sürücülərə satılan güllərlə bağlı ŞOK XƏBƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar həmin gülləri qəbristanlıqlardan oğurlayıb ucuz qiymətə satırlar

Bakıda küçə və yollarda əllərində gül satanlara yəqin ki, çoxları rast gəlir. Xüsusən də, svetoforlarda və avtomobillərin aşağı sürətlə hərəkət etdiyi küçə və yollarda onları tez-tez görmək olar. Mağazalardan fərqli olaraq, gülü daha ucuz qiymətə satan bu şəxslərin hamısı olsa da, aralarında fırıldaqçılar da varmış. Avtosfer.az-a daxil olan məlumata görə, həmin fırıldaqçılar gülləri haradansa alıb-satmırlar. Onlar həmin gülləri qəbristanlıqlardan oğurlayıb ucuz qiymətə satırlar. Bu işdə onlara qəbristanlıq nəzarətçilərinin də yardım etdiyi ehtimal olunur.

Oğurluq güllər digərlərinə nisbətən solğun olur və yarmaqları qaralır. Məhz bu səbəbdən də fırıldaqçılar həmin gülləri əsasən günün qaranlıq vaxtında satışa çıxarırlar. Bununla da, ucuz qiymətə satılan gülləri alan sürücülər onların köhnə olduğunu görmürlər. Bütün bu deyilənlər bir müddət əvvəl polisə də məlum olub. Bakı polisi bu istiqamətdə araşdırmalara başlayıb.

Odur ki, 14 fevral "sevgililər günü"ndə gül alarkən diqqətli olun.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh