Onlar yıxılıb ölsə, kim cavab verəcək? – VİDEO

Xəbərlər 16 Oktyabr 2014 12:01 Oxunub 1521
Onlar yıxılıb ölsə, kim cavab verəcək? – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dayanacaqlarda sıxlıq yarandığı üçün sərnişinlər avtobusdan sallanıb getməyə də razı olurlur

Bakıda sərnişin avtobuslarında baş verən kobud qayda pozuntuları, bu pozuntular nətiəsində baş verən faciələr haqda mediada demək olar ki, hər gün yazılar dərc olunur. Amma bu pozuntuların qarşısını almaq üçün nə Nəqliyyat Nazirliyi, nə marşrutları işlədən sahibkarlar, nə də hüquq mühafizə orqanları tədbir görür. Və sözügedən pozuntuların hər gün şahidi oluruq. “Qafqazinfo”nun əməkdaşı 217 saylı “Koroğlu” metrosu – Məhəmmədi qəsəbəsi marşrut avtobusunda daha bir pozuntunun videosunu çəkib. 217 saylı avtobus gərgin saatlarda 20-25 dəqiqə intervalla işləyir. Hər gün səhər saatlarında qəsəbədən şəhərə gəlmək istəyən onlarla insan dayanacaqlarda qalıb növbəti avtobusu gözləməyə məcbur olur. Sakinlər hətta həyatlarını riskə ataraq avtobusun qapısından bayırda dayanaraq getməyə belə razı olurlar. İnsan həyatı üçün təhlükəli olan bu vəziyyəti əks etdiən video görüntünü təqdim edirik. Bu insanlar avtobusun qapısından yıxılıb ölsə, kim cavab verəcək?

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh