Hərbçimiz yol qəzasında ağır xəsarət aldı - Bakıda

Qəzalar 14 Fevral 2017 12:26 Oxunub 1204
Hərbçimiz yol qəzasında ağır xəsarət aldı - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fakt Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır

Bu gün səhər saatlarında Nərimanov rayonu, “Çermet” körpüsünün üstündə ağır yol qəzası baş verib. Avtosfer.az salamnews-a istinadən xəbər verir ki, qəza nəticəsində taksi avtomobili ilə işə gedən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında qulluq edən Yusifov Elzar Süleyman oğlu və mülkü şəxs Mirzəyev Elsəvər Rasim oğlu ağır bədən xəsarətləri alıblar. Yaralılardan Elzar Yusifov təcili yardım stansiyası əməkdaşlarının köməkliyi ilə Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalına aparılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Qeyd edək ki, Daxili Qoşunların mətbuat xidməti sayta faktı təsdiq edib. Fakt Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh