Övladını məktəbə aparan qadını maşın vurdu: sürücü qaçıb - Bakıda

Qəzalar 14 Fevral 2017 15:08 Oxunub 1112
Övladını məktəbə aparan qadını maşın vurdu: sürücü qaçıb - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15 -ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır

Bakıda avtomobil övladını məktəbə aparan qadını vurub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Zabrat qəsəbəsində 1992-ci il təvəllüdlü Qarayeva Sahilə Şəmsəd qızı 307 saylı orta məktəbə qız övladını apararkən onu avtomobil vuraraq ərazidən uzaqlaşıb. S.Qarayeva xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15 -ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır. S.Qarayeva ilkin ifadəsində bildirib ki, onu avtomobillə vuran sürücü qadının ünvanına nəlayiq ifadələr işlədib və ərazidən uzaqlaşıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh