Bahalı maşın, bahalı nömrə əsas deyil – Əsas budur - FOTO

Yazarlar 15 Fevral 2017 01:49 Oxunub 11077
Bahalı maşın, bahalı nömrə əsas deyil – Əsas budur - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi sürücülər avtomobili cızılmasın deyə maşını bu cür park edirlər

Azərbaycanda bahalı avtomobili ilə öyünən elə sürücülər var ki, adicə maşını necə park etmək lazım olduğunu yaxşı bilmir. Ya da avtomobilin qiymətinə və imkanına baxıb ona uyğun davranır. Yəni, kefi necə istəyir, elə də saxlayır. Məsələn, avtosfer.az-ın təqdim etdiyi bu fotoda gördüyünüz  99-GG-777 qeydiyyat nişanlı «Audi» markalı avtomobilin sürücüsü kimi. O, Üzeyir Hacıbəyov küçəsində yerləşən parkingdə maşın park edərəkən iki avtomobilin yerini zəbt edib. Əldə etdiyimiz məlumata görə, bahalı avtomobil sürənlər çox vaxt qəsdən bu cür park edirlər. Avtomobillər üçün nəzərdə tutulmuş bu yerlər çox ensiz olduğu üçün bahalı avtomobillərin sürücüləri digər sürücülər tərəfindən avtomobilinin cızılmamasına (əzilməməsinə) görə belə park edərək çıxıb gedirlər. Bu isə həmin parkinqdən istifadə edən başqa sürücülərə qarşı ədəbsizlikdir.

Qeyd edək ki, «Yol hərəkəti haqqında» qanuna edilən dəyişikliyə görə, parklama yerinin qanunsuz olaraq zəbt edilməsi qayda pozuntusu sayılır və 10 manat cərimə nəzərdə tutulur. Bu qaydalar iyulda qüvvəyə minəcək.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh