Yol polisinin arvadı oğurluq etdiyi evi yandırdı - Ağdaşda

Yol polisi 15 Fevral 2017 03:05 Oxunub 7192
Yol polisinin arvadı oğurluq etdiyi evi yandırdı - Ağdaşda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mənzildən 15 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Ağdaş rayonunda müəmmalı yanğın hadisəsinin üstü açılıb. Yanğın hadisəsi Ağdaş şəhərinin Yusif Nəbiyev küçəsindəki 40 saylı mənzildə qeydə alınıb. Şəhər sakini, 1971-ci il təvəllüdlü Səmədov Rufan Lətif oğluna məxsus, ümumi sahəsi 153 kvadratmetr olan iki mərtəbəli dördotaqlı evdə baş verən yanğının səbəbləri və bəzi təfərrüatları məlum olub. Hadisə zamanı ev içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Yanğın zamanı ailə üzvləri yas mərasimində olduğu üçün evdə heç kim olmayıb. Evin ilkin olaraq elektrik naqilində baş verən qısaqapanma səbəbindən yandığı barədə məlumat verilib. Hadisədən sonra ev sahibi otaqlarda axtarış aparan zaman mənzildəki qızıl-zinət əşyalarını tapmadığını və məsələ ilə bağlı dərhal Ağdaş rayon Polis Şöbəsinə məlumat verərək yanğından əvvəl mənzilindən oğurluq edildiyini bildirib. Ev sahibi Rufan Səmədov APA-ya bildirib ki, mənzildən 15 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb, axtarış zamanı ev əşyaları dağıdılıb, sındırılıb, oğurluq edən şəxs izi itirmək üçün mənzilə benzin tökərək od vurub. Yanğın zamanı ev sahibinə ümumilikdə 100 min manatdan çox maddi ziyan dəyib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törədənin kimliyi məlum olub. Məlum olub ki, yanğın hadisəsini qonşuda yaşayan 1983-cü il təvəllüdlü Şəlalə Abid qızı Zamanpur törədib. Ağdaş rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşı, polis serjantı Samir Zamanpurun həyat yoldaşı olan Şəlalə Zamanpur şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hadisənin bir nəfər tərəfindən törədilmədiyi ehtimal olunur. Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları yanan evə baxış keçiriblər. FHN-in Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları yanmış mənzilə baxış keçiriblər. Araşdırma zamanı mənzilin elektrik naqilində qısaqapanma səbəbindən deyil, benzin tökülərək qəsdən yandırıldığı aşkar edilib. Evin qəsdən yandırılmasının bəzi təfərrüatları da məlum olub. Belə ki, rayon sakinlərinin sözlərinə görə, Şəlalə Zamanpurla yanan ev sahibəsi 1974-cü il təvəllüdlü Nisə Rauf qızı Səmədova arasında şəxsi münasibətlər zəminində dava olub. Qadın qonşu ilə ədavət apararaq mənzilindən oğurluq edib və evini qəsdən yandırıb. Hazırda Rufan Səmədovun ailəsi evsiz qaldığı üçün qohumların mənzilinə yerləşib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdıra aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh