Bu avtomobillərdən 423 minində problem var

Al-sat 16 Oktyabr 2014 12:30 Oxunub 3196
Bu avtomobillərdən 423 minində problem var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Geri çağırılış "Toyota"nın 5 modelinə şamil ediləcək

Yaponiyanın "Toyota" avtokonserni "lüks" sinfinə məxsus 423 min avtomobilini geri çağırdığını bəyan edib. Anspress-in məlumatına görə, geri çağırışa səbəb kimi həmin avtomobillərin yanacaq ötürmə sistemində aşkar edilmiş qüsurlar və bu nasazlığın avtomobilin yanmasına gətirib çıxara biləcəyi göstərilir. Məlumata görə, geri çağırış 2006-2011-ci illərdə istismara çıxarılmış "Lexus GS" modeli də daxil olmaqla, 5 modelə şamil ediləcək. Ödənişsiz təmir olunacaq bu avtomobillərin əksəriyyəti Amerika bazarında satılıb, lakin geri çağırışın Yaponiyanın dazxili bazarına da qismən təsir göstərəcəyi bildirilir. Bu, son 2 gün ərzində yapon avtomobil nəhənginin ikinci geri çağırışıdır. Çərşənbə günü «Toyota» bütün dünyada satdığı 1 milyon 75 min avtomobilini geri çağırmışdı. Bu ilin əvvəllərindən avtomobil nəhənginin müxtəlif qüsurlarla əlaqədar geri çağırdığı avtomobillərin sayı 11 milyonu ötüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh