Azərbaycanın lokomotiv parkı yenilənir

Yeniliklər 15 Fevral 2017 11:14 Oxunub 1179
Azərbaycanın lokomotiv parkı yenilənir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu lokomotivlərin 2017-ci ilin sonunda Azərbaycana çatdırılması nəzərdə tutulur

Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi zamanın tələbidir. Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən trend-ə verilən məlumata görə, Şərq-Qərb Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsini təşkil edən Bakı-Böyük Kəsik dəmir yolu xəttində elektrik təchizatı sisteminin sabit cərəyandan dəyişən cərəyanlı dartı sisteminə keçidinin təmin edilməsi ilə əlaqədar mühüm addımlar atılır. “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv parkının müasirləşdirilməsi məqsədi ilə 50 ədəd lokomotivin alınması üçün “Societe Generale” Bankı ilə 30 mart 2016-cı il tarixində 276,8 mln avro məbləğində kredit müqaviləsi imzalanıb. Təchizatçı şirkət Alstom Transportation S.A-dır. Müqaviləyə əsasən lokomotivlərin istehsalına artıq başlanılıb. Bu lokomotivlərin 2017-ci ilin sonunda Azərbaycana çatdırılması nəzərdə tutulur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh