"Mercedes-Benz" yeni modellərini təqdim etdi - FOTO

Avtodünya 15 Fevral 2017 21:06 Oxunub 1979
"Mercedes-Benz" yeni modellərini təqdim etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu paket "SL 400" və "SL 500" modelləri üçün nəzərdə tutulub

"Mercedes" şirkəti yeni "SL" və "SLC" modellərini təqdim edib. Avtosfer.az xəbər verir ki, hər iki model üzərində yeniliklər edilib. "SL Designo Edition" və "SLC RedArt Edition" xüsusi modellərində müxtəlif dəyişiklər edilib. "SLC RedArt Edition" paketi  "SLC 180", "SLC200", "SLC 250D", "SLC300" və "SLC 43 AMG" modelləri üçün nəzərdə tutulub. Bu paketə kuzovun 8 rəng çaları, ön splitter, təkərlər, arxa diffuzor və salon tərtibatında görmək mümkün olan qırmızı rəng elementləri daxildir. Salon dəridən və karbondan hazırlanmış elementlərlə təklif edilir. "SL Designo Edition" paketində isə ən çox dəbdəbə nəzərdə tutulub. Xüsusi AMG disklər, salon üçün nəzərdə tutulmuş ağ rəngli bahalı "Nappa" dərisi, ağ təhlükəsizlik kəmərləri, ağ-qara dəridən işlənmiş sükan paketə daxildir. Bundan başqa, salonun təchizatına müxtəlif təhlükəsizlik və sürücüyə yardım sistemləri əlavə edilib. Bu paket "SL 400" və "SL 500" modelləri üçün nəzərdə tutulub. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh