Ağır qəzanın dəhşətli görüntüləri yayıldı: 8 maşın toqquşdu, 4 yaralı – VİDEO

Qəzalar 15 Fevral 2017 12:12 Oxunub 1374
Ağır qəzanın dəhşətli görüntüləri yayıldı: 8 maşın toqquşdu, 4 yaralı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya yolun sürüşkən olmasının səbəb olduğu bildirilir

Zəncirvari qəzada 4 nəfər yaralanıb. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda 8 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib. Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Prospektlə "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olan "VAZ 2106" markalı avtomobil körpünün üstündə idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı beton yol ayrıcına çırpılıb. Bundan sonra arxadan gələn avtomobillər zəncirvari şəkildə toqquşub. Qəzada "VAZ 2106", "VAZ 21015", "Mercedes" və "Nissan" markalı avtomobillər toqquşub. Hadisə zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Əraziyə yol polisi əməkdaşları gəliblər. Sürücülərin ifadələri alınıb. Yararsız hala düşən avtomobillər cərimə meydançasına aparılıb. Qəzaya yolun sürüşkən olmasının səbəb olduğu bildirilir. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh