«Ferrari», «Porshe», «BMW» - Dubayın atılmış avtomobilləri - VİDEO

Avtoxəbər 16 Oktyabr 2014 13:37 Oxunub 6592
«Ferrari», «Porshe», «BMW» - Dubayın atılmış avtomobilləri - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir çox avtomobillərin üzərində açar olsa da, heç kim yaxın durmur

Hər hansı şəhərdə ən böyük problem zibillə bağlıdır, digərləri cinayətkarlığın yüksək səviyyədə olmasından əziyyət çəkir, üçüncülərdə isə yaşamaq üçün belə normal ev tapa bilmirsən. Dubay sakinlərinin  problemi isə öz unikallığı ilə  fərqlənir. Faktxəbər-in verdiyi məlumata görə, bu şəhərin ən böyük problemi aeroportun və şəhərin küçələrində park yerlərində toz basmış bahalı avtomobillərdir. Dubayda olan hər bir kəs bilir ki, buranın özünəməxsus avtomobil mədəniyyəti var. Ölkədə neft  gəlirləri  və daşınmaz əmlak bazarlarının investisiyası ilə məşğul olan varlanmış Xarici investorlar, əsasən də britaniyalar son model italyan  və alman idman avtomobilini alaraq bu dəbə qoşulmaq  və milyoner statusu qazanmaq üçün külli miqdarda pul xərcləyirdilər. Lakin, bu tərəfdən isə iqtisadi böhran çıxdı və...

Həmin andan etibarən minlərlə  ən bahalı, təmtəraqlı avtomobilləri heç kimə lazımsız vəziyyətdə qaldı. Bu maşınlar borc ucbatından şəhəri tələsik tərk edən emiqrantlar tərəfindən atıldı. Biznesmenlər banklardan götürdükləri  nəhəng ssudaları ödəyə bilməyəcəklərini anladıqda ( Dubayda borc, hətta ödənməmiş çek cinayət sayılır) isə avtomobil sahibləri panikada aeroportlara getdilər. Mercedes, Ferrari, Porshe, BMW və digər bahalı maşınlar Dubay Beynəlxalq Aeroportunda atıldı. Hər bir avtomobilin qabaq şüşəsində isə kredit sənədləri və üzrxahlıq məktubları var.

Qeyd edək ki, bir çox avtomobillərin üzərində açar olmasına baxmayaraq, heç kəsə lazımsız vəziyyətdə orada qalıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh