İnsanın ürəyi, maşının mühərriki - Qulluq et ki, yarı yolda qalmayasan - VİDEO

Avtodünya 15 Fevral 2017 22:54 Oxunub 2295
İnsanın ürəyi, maşının mühərriki - Qulluq et ki, yarı yolda qalmayasan - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin mühərrikinə tökülən yağı dəyişən sürücü başına iş açıb

Açıq şəkildə olan avtomobil mühərrikinin içi yağla qarışmış palçığı xatırladır. Bu qatı məhlul mühərrikin bütün detallarına yayıldığından fəaliyyəti pozulub və sıradan çıxıb. Görüntülər avtomobil ustası Sahil Ağabəyli tərəfindən çəkilib. Ustanın fikrincə mühərrikin xarab olmasına sürücünün tökdüyü yarımsintetik 10/40 yağı, 5/30 tam sintetik yağla dəyişməsi səbəb göstərilir. Nəticədə sürücüyə 2500 manat ziyan dəyib.

Məhz yağdəyişmədə edilən xətaya görə mühərrik xarab olarsa bu zaman avtomobilin marka və modelindən asılı olaraq sürücüyə 1000 manatla 5000 manat arasında ziyan dəyə bilər. Sürücü yağdəyişmədən sonra mühərrikin səsində artım hiss edərsə bunu təcili aradan qaldırmalıdır. Əgər sürücü avtomobilin mühərrikinə tökülən yağı dəyişmək istəyirsə bunun üçün əvvəlcədən mühərriki açdırmalıdır.

Bu hadisə bir daha onu göstərir ki, avtomobilin mühərik yağını istehsalçının tövsiyyəsi ilə seçmək və yalnız peşakar ustaların məsləhəti dəyişmək lazımdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh