Mərdəkanda "Prado" "Opel"lə toqquşdu - FOTOLAR

Qəzalar 15 Fevral 2017 23:21 Oxunub 1403
Mərdəkanda "Prado" "Opel"lə toqquşdu - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib

Bu gün axşam saat 19:00 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib. Yüksək sürət nəticəsində "Opel" markalı maşınla "Prado" markalı avtomobil toqquşub. Qəza nəticəsində "Opel" aşıb. Ərazidə xidmət göstərən Post Patrul Xidməti əməkdaşlarının və yerli sakinlərin dərhal müdaxiləsi nəticəsində sürücü avtomobildən çıxarılıb və ilkin tibbi yardım göstərilib. Xoşbəxtlikdən ciddi xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Ərazidə kiçik tıxac yaransa da, YPX və PPX əməkdaşlarının səyi nəticəsində tıxacın qarşısı alınıb, gediş-gəliş bərpa olunub. Daha sonra avtomobillər evakuatorlar vasitəsilə ərazidən uzaqlaşdırılıb. 

 

ölkə.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh