Bu istiqamətlərdən hansı üzrə geriyə hərəkət etmək olar? – DOĞRU CAVAB

Yarışma 16 Fevral 2017 09:23 Oxunub 2704
Bu istiqamətlərdən hansı üzrə geriyə hərəkət etmək olar? – DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual manevr etmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu istiqamətlərdən hansı üzrə geriyə hərəkət etmək olar?

a)  Yalnız “A” istiqaməti üzrə;

b) Heç biri üzrə;

c) Yalnız “B” istiqaməti üzrə;

d) Hər iki istiqamət üzrə.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin XIV hissəsinə əsasən, yolayrıclarında geriyə hərəkət qadağandır.. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Bu istiqamətlərdən heç biri üzrə geriyə hərəkət etmək olmaz.

Suala ilk doğru cavabı Yaqub adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün (Smsradar.az) 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

Avtosfer.az

 

 http://avtosfer.az/upload/news/ea369f.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh