Sərnişin təyyarəsi maralla toqquşdu: sərnişinlər təxliyə edilib - ABŞ-da

Qəzalar 16 Fevral 2017 10:09 Oxunub 961
Sərnişin təyyarəsi maralla toqquşdu: sərnişinlər təxliyə edilib - ABŞ-da
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində yanacaq sızması baş verib

ABŞ-ın Şimali Karolina ştatının Şarlott şəhərinin hava limanında sərnişin təyyarəsi havaya qalxarkən maralla toqquşub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə zamanı təyyarənin göyərtəsində 44 nəfər olub. Hadisədən sonra təyyarə yenidən hava limanına qayıdıb, sərnişinlər isə təxliyə edilib. Hava limanının administrasiyası aeroportun uçuş-enmə zolağına bağlayıb. Aeroportun qalan hissəsi isə təyyarələrin üzünə açılıb və fəaliyyət göstərir. Həmçinin bildirilir ki, hadisə nəticəsində yanacaq sızması baş verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh