Yük avtomobili mikroavtobusla toqquşdu: 9 ölü, 4 yaralı

Qəzalar 16 Fevral 2017 10:11 Oxunub 825
Yük avtomobili mikroavtobusla toqquşdu: 9 ölü, 4 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yük avtomobili mikroavtobusla toqquşub

Tailandda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnmiş zəncirvari yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Xxom Çat Lık" qəzetinin internet versiyası xəbər verib. Məlumatda bildirilir ki, ölkənin şimalında, Çianqray vilayətində yük avtomobilinin mikroavtobusla toqquşması nəticəsində 9 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb. Qeyd edilir ki, sement daşıyan yük avtomobilinin sürücüsü motosikletlə toqquşmamaq üçün yolun əks tərəfinə çıxıb və nəticədə qarşıdan gələn mikroavtobusla toqquşub. Hadisə zamanı mikroavtobusda 8 nəfərin olduğu bildirilir. Qəza zamanı yük avtomobilinin sürücüsü və mikroavtobusun bütün sərnişinləri hadisə yerindəcə ölüblər. Zəncirvari qəzada daha 2 avtomobil zədələnib və 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh