Şadlıq evindən çıxan şəxsi avtomobil vurdu - Bakıda

Qəzalar 16 Fevral 2017 10:13 Oxunub 889
Şadlıq evindən çıxan şəxsi avtomobil vurdu - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü saxlanılıb

Bakıda şadlıq evindən çıxan şəxsi avtomobil vurub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, Qaraçuxur qəsəbəsində, "Aura" şadlıq evinin qarşısında 53 yaşlı Şərifov Nazir Yəhya oğlunu "Mercedes" markalı avtomobil vurub. N.Şərifov ağır kəllə-beyin travması alıb. O, xəstəxanaya yerləşdirilib. "Mercedes"in sürücüsü saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, N.Şərifov "Aura" şadlıq evindən çıxıb və yolu keçmək istəyirmiş.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh