Nikah bağlamağa gələn gənci avtomobil vurdu - Gəncədə

Qəzalar 16 Fevral 2017 12:42 Oxunub 889
Nikah bağlamağa gələn gənci avtomobil vurdu - Gəncədə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Gəncə şəhərində "ASAN xidmət"ə nikah bağlamağa gedən gənci avtomobil vurub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, "ASAN xidmət"in yaxınlığında baş verib. Belə ki, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədzadə Kamran Eldar oğlu yolu keçmək istəyərkən 1988-ci il təvəllüdlü Gəncə şəhər sakini Hüseynov Tural Azər oğlunun idarə etdiyi 20-DA-991 dövlət nömrə nişanlı "Fort -Tranzit" markalı avtomobillə vurulub. Yaralı yaxınlıqdakı Gəncə Beynəlxalq Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən tibbi yardım göstərilən yaralının vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, K.Məmmədzadə Şəmkir rayonundan Gəncəyə nikah müqaviləsi bağlamaq üçün "ASAN" xidmətə gedirmiş.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh