Xanım sürücü yol polisinə çətin anlar yaşatdı - “Mənim əlim çox yerə çatır” - FOTO

Yazarlar 16 Fevral 2017 14:47 Oxunub 18379
Xanım sürücü yol polisinə çətin anlar yaşatdı - “Mənim əlim çox yerə çatır” - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polisə hədə-qorxu gələn xanım sürücü cərimədən yaxasını qurtara bilməyib

Bakıda xanım sürücü yol hərəkəti qaydalarını pozaraq yol polisi əməkdaşlarına tabe olmayıb. Hadisə Azərbaycan prospektində, Daxili İşlər Nazirliyinin inzibati binasının yaxınlığında baş verib. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, "KİA" markalı, 99 FL 025 dövlət nömrə nişanlı avtomobilin xanım sürücüsü prospektdə dayanmağın qadağan olunduğu ərazidə dayanıb, polis əməkdaşlarının xəbərdarlığına baxmayaraq o, həmin ərazini tərk etməyib. Əraziyə bir neçə polis əməkdaşı da gəlib. Sürücüdən sənədlər tələb olunsa da o, polislərin bu tələbinə də əməl etməyib. Polis əməkdaşları xanım sürücüdən nəzakətlə sənədləri tələb etsə də o, polislərə jurnalist olduğunu deyib və polis serjantı Yaşar Məmmədovla mübahisə edərək onu təhqir edib.

Sürücülük vəsiqəsini verməyən xanım sürücü polislərin sənəd tələbinə cavab olaraq yalnız üzərində "PRESS" yazılan vəsiqəsini təqdim edib. Hadisə yerinə xeyli insan toplaşıb.

Polis əməkdaşları nəhayət xanım sürücünün təqdim etdiyi vəsiqəsindəki ad və soyadına əsasən iki hadisə şahidinin də imzası olmaqla protokol yazıblar. Bu ərəfədə isə xanım sürücü telefonla danışaraq məsələni “yoluna qoymaq” cəhdləri edib. Protokol yazıldıqdan sonra sürücü yenə də qadağan olunmuş ərazini tərk etmək istəməyib. Sonda protokolu yazan polis əməkdaşının ad və soyadını soruşan xanım sürücü bundan sonra ərazini tərk edib.

Məlum olub ki, skandal yaradan sürücü Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqının fərdi üzvü Qurbanova Vəfa Mərifət qızıdır. O, həmçinin "Qızıl qələm" media mükafatı laureatı imiş.

Polis serjantı Y.Məmmədov bildirib ki, xanım sürücü ona “mənim əlim çox yerə çatır” deyərək hədə-qorxu gəlib. Lakin bu idiasına baxmayaraq xanım sürücü cərimələnməkdən yaxasını qurtara bilməyib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh