Paytaxtda yük maşını zəncirvari yol qəzası törədib - VİDEO

Qəzalar 16 Fevral 2017 14:57 Oxunub 910
Paytaxtda yük maşını zəncirvari yol qəzası törədib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzanın səbəbləri dəqiqləşdirilir

Nəsimi rayonunda zəncirvari yol qəzası baş verib. Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Avtosfer.az inter.az-a istinadən xəbər verir ki, prospektdəki tunelin çıxışında İmişli rayon sakini Xəlilov Savalan Komsomol oğlunun idarə etdiyi “KamAZ” markalı yük maşını ətrafında hərəkətdə olan avtomobilləri vurub. Nəticədə 8 maşın bir-birinə dəyib. “KamAZ”-ın sürücüsü Savalan Xəlilov qəzada Vaz 2104-ün sürücüsünü günahlandırsa da “Vaz-2104”-ün sürücüsü isə onun sözlərinin əksini söyləyib. Qeyd edək ki, qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Avtomobillərdən birində olan hamilə qadın özünü pis hiss etdiyindən hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparıblar. Qəzanın səbəbləri dəqiqləşdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh