Azərbaycan yanvarda avtomobil idxalını 7 faiz artırıb

Avtobazar 16 Fevral 2017 16:23 Oxunub 1531
Azərbaycan yanvarda avtomobil idxalını 7 faiz artırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı isə azalıb

Bu ilin yanvar ayı ərzində Azərbaycana 469 ədəd avtomobil idxal olunub. Avtosfer.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32 ədəd yaxud 7,32% çoxdur.

Hesabat dövründə ölkəyə gətirilmiş avtomobillərin 420-si və yaxud 89,55%-ni əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri təşkil edib. Son bir ildə bu növ avtomobillərin idxalı 19 ədəd yaxud 4,74% artıb.

Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2 ədəd yaxud 40% azalaraq 3, yük avtomobillərinin idxalı 15 ədəd yaxud 57,69% artaraq 41 olub.

Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə dəyişməyib və ötən ilin yanvarında olduğu kimi 5 ədəd təşkil edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh