Moskvadan Azərbaycanın regionlarına yeni avireyslər açılır

Yeniliklər 16 Fevral 2017 16:25 Oxunub 1246
Moskvadan Azərbaycanın regionlarına yeni avireyslər açılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aviabiletlərin qiymətləri 49 avrodan başlayacaq

Martın 15-dən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli AZALJET brendi altında Moskvanın (Rusiya) "Vnukovo" hava limanından Azərbaycanın regionlarına - Gəncə və Qəbələyə müntəzəm reyslərin yerinə yetirilməsinə başlanılacaq. 

Bu barədə Avtosfer.az-a AZAL-dan bildirilib. 

Məlumata görə, Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri "Airbus A320" təyyarələri ilə həyata keçiriləcək. 

"Vnukovo" Beynəlxalq Hava Limanından (VKO) uçuş yerli vaxtla saat 15:10-da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) və Gəncə Beynəlxalq Hava Limanına (KVD) enmə - saat 20:30-da olacaq. Qəbələ və Gəncədən saat 20:30-da uçan təyyarə, "Vnukovo" Beynəlxalq Hava Limanına yerli vaxtla saat 22:20-də enəcək.

Aviabiletlərin qiymətləri 49 avrodan başlayacaq (bir istiqamətdə). Baqajın daşınma qiyməti hər kiloqram üçün 2 avro təşkil edəcək.

Bu reyslərdə sərnişinlər "AZAL Miles" bonus proqramından istifadə edə bilərlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh