Gediş haqqı 2 dəfə bahalaşdı - Bakıda

Yazarlar 16 Fevral 2017 19:30 Oxunub 7182
Gediş haqqı 2 dəfə bahalaşdı - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyatda yeniliklər sərnişinlərin cibini soyur

Paytaxtda ciddi marşrut soyğunçuluğu yaşanır. İctimai nəqliyyatda üzdə qiymətlər “sabit” qalsa da, əslində azı 100 faiz artım var. Bunun üçün bir neçə marşrutun sxeminin müqayisəsi əsl vəziyyəti daha aydın ortaya qoyur. Yaxın tarixə nəzər salsaq görərik ki, məsələn bir neçə il əvvələ qədər metronun Həzi Aslanov stansiyasının qarşısından start götürən 95 saylı avtobus paytaxtın mərkəzindən keçməklə Parlament prospektinə qədər hərəkət edirdi. Və vətəndaş bu marşruta 20 qəpik qəpik ödəyirdi. Sonradan həmin marşrut 50 faizə qədər qısaldıldı. Yəni, məsələn Milli Məclisin qarşısından keçmiş “Nargilə” kafesi ərazisinə getmək istəyən vətəndaş ya 20 qəpiyə, Elmlər Akademiyası və ya İçərişəhər metro stansiyasına marşrutla, ordan da həmin əraziyə ən yaxın metro stansiyasına getməyə məcbur oldu. Nəticədə vətəndaş əvvəl 20 qəpiyə getdiyi yolu indi ən yaxşı halda 40 qəpiyə getməyə məcburdur.

Eyni hal məsələn 136 saylı marşrut xəttində baş verdi. 28 May ərazisindəki Səməd Vurğun bağının qarşısından 35 qəpiyə Mərdəkan qəsəbəsinə gedə bilən sərnişin aparılan “islahatlar”dan sonra bu marşruta Koroğlu metro stansiyasının qarşısından minə bildi. Xətt çəkilərək başlanğıq nöqtəsi bu ərazi müəyyən edildi. Belə olan halda şəhərin mərkəzində olan vətəndaş 20 qəpik ödəməklə ya metro, ya da marşrutla Koroğlu metro stansiyasının qarşısına, ordan da qəsəbəyə 35 qəpiyə getməyə məcburdur. Bu isə yekunda 55 qəpik edir.

Məsələn 7 saylı marşrut 9-cu mikrorayondan hərəkətə başlayaraq bir neçə metro stansiyasını “görməklə” Parlament prospekti, İçərişəhər metrosu, Mərkəzi Univermaq, Fizuli Meydanı, Qış Parkı, Sahil metrosu, Azneft dairəsi, Şəhidlər Xiyabanı kimi əsas iş mərkəzlərindən keçirdi. İndi Parlament prospektindən sərnişin Füzuli meydanına, Heydər Əliyev sarayına birbaşa bir marşrut xətti ilə getmək istəsə məcburdu ki, ən yaxın metro stansiyasına qədər 20 qəpiyə bir marşrutla, ordan da həmin ərazilərə yaxın metro stansiyasından başqa bir marşrutla hərəkət etsin. Bu da 40 qəpik. Nəticədə 60 qəpik edir. Ya da qənaət edəcəyi təqdirdə vaxt itkisi ilə üzləşmiş olacaq.

Nəqliyyat sektoru üzrə ekspert Natiq Ələkbərov hesab edir ki, islahatlar 2 istiqamətdə aparılsa sərnişinlər həm pula, həm də vaxta qənaət edə bilərlər. Bunlardan biri uzun marşrut xətlərinin bərpasıdır. Hər ərazi üçün ən azı bir uzun xətt olmalıdır. Tarif Şurasının məsafəyə görə gediş haqqı ödənilməsini də alqışlamaq olar. Ancaq sonradan buna riayət edilmədi. Digəri görüməli işlərdən biri isə dayanacaqların qısaldılmasıdır.

“Əvvəllər planlaşdırmanın olmaması, süni şəkildə rentabelli xətlərin yaradılması, sahibkarlar tərəfindən istədikləri kimi alınması və istismarı çox mənfi qiymətləndirilməlidir. Ancaq yol kəsişmələrindəki dayanacaqların ixtisarı nəqliyyat axınına müsbət təsir göstərib. Dayanacaqlar sistemləşdirilir ancaq korrektə də aparılmalıdır. Yəni bunu ləğv yox sürüşdürməklə etmək lazım idi. Bəzi yerlərdə hətta 3 sayda ardıcıl dayanacağa birdən ixtisara düşüb. Məsələn Nəriman Nərimanov metro stansiyasının qaşısından hərəkət edən 5 saylı marşrut avtobusu yalnız Azərbaycan Dillər Universitetinin qarşısında dayanır. Halbuki əvvəllər bu məsafədə azı 2 dayanacaq vardı. O ki qaldı marşrut sisteminə xətlərin hissələrə bölünməsi vaxt və xərc baxımından sərnişinlərə sərfəli deyil”.

 

Bakı Nəqliyyat Agentliyinin müşaviri məsələ ilə bağlı bildirdi ki, bağlanan marşrutlar eyni istiqamətdə olan digərləri ilə 90-95 faiz eynilik təşkil edənlərdi. Marşrut sisteminin optimallaşdırılması məqsədilə daha bir neçə xəttin də bağlanacağı gözlənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh