Yolu süpürən daha bir qadını maşın vurdu

Qəzalar 17 Fevral 2017 00:10 Oxunub 1133
Yolu süpürən daha bir qadını maşın vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü hadisə yerindən qaçıb

Səhər saatlarında Goranboyda yolda təmizlik işləri aparan qadını maşın vurub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 1958-ci il təvəllüdlü rayon sakini Rahilə Nağıyevanı vuran nəmalum avtomobil hadisə yerindən qaçıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkən Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Travmatologiya şöbəsinə yerləşdirilən R.Nağıyevanın vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh