Ərəblərin 6-təkərli “Galendewagen”ləri Neftçalada batdı – FOTO

Avtoreyd 17 Fevral 2017 00:18 Oxunub 7123
Ərəblərin 6-təkərli “Galendewagen”ləri Neftçalada batdı – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu maşınlar ov ovlamağa çıxan ərəblərin sevimli “oyuncağıdır”

Azərbaycana ova gələn ərəb turistlərinin 6-təkərli “Galendewagen”ləri Neftçalada palçığa batıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, motor.ru saytı bu barədə sosial şəbəkələrə istinadən xəbər yayıb. Kadrlara əsasən Mercedes-Benz G 63 AMG 6×6 “Galendewagen” markalı iki avtomobildən biri batıb, digəri isə onu qoşquya alaraq çıxarmağa çalışır. Kadrların nə vaxt çəkildiyi haqda məlumat yoxdur. Həmin avtomobillər ilk dəfə 2013-cü ildə nümayiş etdirilib, 544 at gücünə malik 5.5 litrlik biturbo mühərriklə təchiz olunub. Ov ovlamağa, quş quşlamağa çıxan ərəblərin sevimli “oyuncağıdır”.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh