Kənd təsərrüfatı texnikaları qaranlıqda yola çıxmasın – DYP-dən çağırış - VİDEO

Yol polisi 17 Fevral 2017 01:43 Oxunub 4926
Kənd təsərrüfatı texnikaları qaranlıqda yola çıxmasın – DYP-dən çağırış - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol Patrul Xidməti Alayının 9-cu tağımının rəsmiləri Qazaxda görüş keçiriblər

Ötən il Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qazax rayonu ərazisindən keçən hissəsində 6 ağır yol qəzası qeydə alınıb. Nəticədə 7 nəfər həyatını itirib, 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzalardan biri piyadanın ölümü ilə nəticələnib. Dünyasının dəyişənlərdən 3-ü bir qəzanın iştirakçısı olub. Yol nəqliyyat hadisələrinin qarşısını almaq üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının rəsmiləri Qazax rayonunun Birinci Şıxlı kəndində görüş keçirilib. İkinci Şıxlı və Daş Salahlı sakinləri də sükan arxasında diqqətli olmağa çağrılıb. Qəzalardan yayınmaq üçün yol hərəkət qaydalarına əməl olunmasının vacibliyi önə çəkildi.

BDYPİ-nin YPXA-nın 9-cu tağımının komandiri, polis kapitanı Aqil Məmmədov bildirib ki, görüşdə kəndlərin aktiv insanları iştirak edirlər: «Onlara bir daha çatdırdıq ki, kənd təsərrüfatı texnikalarını gecə saatlarında magistrala çıxartmasınlar. Piyadaları nəzərdə tutulmayan yerdən keçməyə imkan verməsinlər. Bu cür görüşlərimiz davamlı xarakter daşıyır”.

Belə görüşlərdən biri də Şəmkirdə baş tutub. Rayonun Dəllərcəyə kəndində baş tutan görüşdə Sabirkənd, Diyərli və Bayramlı kəndlərinin sakinləri də iştirak edib. Görüşdə çıxış edən BDYPİ YPXA-nın qərargah rəisi, polkovnik-leytenant Kamran Məmmədov bildirib ki, əksər yol qəzaları sürücülərin diqqərsizliyi üzündən baş verir. Qəzalardan yayınmaq üçün yol-hərəkəti qaydalarına ciddi yanaşmaq və əməl etmək lazımdır.

Görüşlərdə sakinləri maraqlandıran suallar cavablandırılıb, onların təkliflərinin araşdırılacağı qeyd olunub.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh